Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Tezliklə “Xocalının Səsi” Xocalıdan gələcək, Xankəndində eşidiləcək!

0

  • Tək Xocalının və xocalıların deyil, Qarabağın haqq səsi olan “Xocalının Səsi” qəzetinin 30 yaşı tamam olur.                                       
    Qəzet 1991-ci ildə mürəkkəb hərbi-siyasi vəziyyətə fəaliyyətə başladı. Həmin dövrdə birinci Qarabağ müharibəsinin dəhşətlərini, erməni təcavüzünü və yalanlarını işıqlandıran qəzet bütün Qarabağda yaşayan azərbaycanlıların danışan dili idi. Xocalı soyqırımından sonra qəzetin fəaliyyəti çətinliklə də olsa bərpa edildi. “Xocalının Səsi” maddi-texniki çətinliklər içində Xocalı soyqırımını dünyaya hayqırdı.                   
    "Xocalının səsi" öz missiyasına sadiq qalaraq Qarabağın tarixi, orada yaşayan türk xalqlarının etnoqrafiyası, ermənilərin Qarabağa sonradan köçürülmələri və əsasız torpaq idiaları, ermənilərin Azərbaycan ərazisinə təcavüzü və Xocalı soyqırımı haqqında həqiqətləri işıqlandırır. Eyni zamanda marifləndirmə işlərinin aparılmasında, gənc nəslə vətənpərvərlik idealarının aşılanmasında, yaradıcı gənclərimizin üzə çıxarılmasında və dəstəklənməsində böyük işlər görür.        
    Bir jurnalist kimi “ Xocalının Səsi” qəzet ilə tanışlığım 2011-ci ildə ümumrayon tədbirlərinin birində Qasım Qırxqızlının simasında oldu. Həmin gündən qəzetlə əməkdaşlığım başladı.               Xocalı faciəsindən təxminən iki ay sonra erməni vandalları mənim doğulduğum Kəlbəcər rayonunun Alaqaya kəndində də eyni əməlləri təkrarladılar. Odur ki, “Xocalının Səsi”nin ruhu ruhuma yaxın idi. “Xocalının Səsi” yaradıcılıq yolunda mənə milli-mənəvi ideoloji ruhu ilə fərqlənən başqa bir səmt verdi.       
    Qəzetin redaktoru Qasım Qırxqızlı mənim üçün yaxşı dost və müəllim idi. İndi onu hörmət, ehtiramla anıram. Allah rəhmət eləsin.       
    Bu gün “Xocalının Səsi” tamamilə dəyişib. Qəzet həm bədii yaradıcılıq, həm də dizayn-çapolunma texnikası baxımından inkişaf edib. Sosial platformalarda əhatəli, müasir standartlarda yayımlanır. Eyni zamanda qəzetin saytı yaradılıb, elektron versiyası fəalliyyət göstərir. Əvvəllər qəzetlər satıldığı qədər oxunulurdusa, hal-hazırda bu belə deyil. Yəni internet platformasına düşən hər bir informasiya anında dünyanın istənilən yerində oxunur və ya izlənir. Qarabağ tarixini, Xocalı həqiqətlərini dünyaya çatdırmaqda qəzetin elektron versiyasının əvəzsiz rolu var. Bütün bunlar isə qəzetin baş redaktoru Qalib müəllimin şəxsi zəhmətinin bəhrəsidir. Qırx dörd günlük Şanlı zəfər yürüşündə “Xocalının Səsi” də informasiya müharibəsində öz sözünü dedi. Müharibədən sonra qəhraman oğullarımızın zəfər yolunun işıqlandırılması əsas mövzulardan olmuşdur.        
    Tezliklə “Xocalının Səsi” Xocalıdan gələcək, Xankəndində eşidiləcək!       
    Qalib müəllim sizi və qəzetin bütün əməkdaşlarını 30 illik yubiley münasibətilə təbrik edirəm. Bol-bol yaradıcılıq uğurları arzulayıram.        
    Əziz qəzetimiz, 30 yaşın mübarək!...
    Anar HÜSEYNOV,
    "Xocalının səsi" qəzetinin keçmiş əməkdaşı,
    Jurnalist                                                                                                 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməQəzet
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib60 dəfə
    tezliklə “xocalının səsi” xocalıdan gələcək xankəndində eşidiləcək!

    Maraqlı gələ bilər
    107
    40
    46